DSMF bu ilin yanvar-iyul aylarında qeyri-büdcə sektoru üzrə proqnozu 108, 5 faiz icra edib

img

08-08-2012 [01:53]


İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1517,4 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 416,9 mln. manat və ya 37,9 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 14,6 faiz və ya 100,1 mln. manat artaraq 785,0 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,9 faizi və ya 462,3 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 17,2 faiz və ya 67,9 mln. manat artmış, proqnoz isə 108,5 faiz icra olunmuşdur. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 11,8 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 17,8 faiz artmışdır. 2012-ci ilin yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 322,7 mln. manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz və ya 32,2 mln. manat artmışdır. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,1 mln. manat təşkil etmişdir. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir. Cari ilin yanvar-iyul aylarında Fondun xərcləri 1421,7 mln. manat olmuşdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1395,5 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 361,1 mln. manat və ya 34,9 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 36,0 faiz və ya 360,4 mln. manat artaraq 1362,9 mln. manat təşkil etmişdir. 2012-ci ilin yanvar-iyul aylarında əhaliyə 32,6 mln. manat məbləğində müavinət ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 26,2 mln. manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 1,0 mln. manat və ya 3,9 faiz çoxdur. #246;vr

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA