Azərbaycanda 3 gün iz olmayacaq

img

07-08-2012 [12:15]


Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu il 19, 20 avqust tarixləri Ramazan bayramıdır və həmin günlər qeyri-iş günü sayılır. Qeyd edilib ki, ?Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə? 2006-cı il 8 dekabr tarixli Qanunun tətbiq edilməsi haqqında? Prezidentin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 19, 20 avqust Ramazan bayramıdır. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir. Ancaq avqustun 19-u bazar gününə təsadüf etdiyindən, avqustun 21-i də qeyri-iş günü sayılacaq. Beləliklə, Ramazan bayramı ilə əlaqədar avqustun 19, 20, 21-i istirahət günləridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA