Mərkəzi Bank tələbləri zərtləzdirir

img

03-08-2012 [05:11]


[b]Vüqar Bayramov: ?Çaşqınlıq şəraitində verilən belə inzibatı qərarlar bank sektoruna olan inamı artıra bilməz?[/b] Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 mln. manatadək artırılıb. Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 2014-cü ilin yanvarından qüvvəyə minir. Iqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov Mərkəzi Bankın (MB) son qərarıın şərh edən zaman bildirib ki, bu addım bank sektorunda ciddi müsbət dəyişikliklərə səbəb olmayacaq: ?Əvvəlla, xarici təcrübədə banklarının nizamnamə kapitalına olan minimum tələbin 5 dəfə artırılması praktikası yoxdur. MB nizamnamə kapitalının artırılması mexanizmini pilləli şəkildə həyata keçirməliydi. Nizamnamə kapitalı ilə bağlı tələblərin 5 dəfə artırılması banklarda əlavə psixoloji gərginlik yaradır - hətta bu qərarın icrasına 2014-ci ildən başlanılsa da belə. İkincisi, MB-nin bu qərarı heç də bu qurumun açıqlamasında qeyd edildiyi kimi kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi istəyi ilə deyil, əslində daha çox Royal Bankın müflisləşməsindən sonra bank sektoruna nəzarətin gücləndirilməsini görüntüsü yaratmağa cəhddir. Vüqar Bayramov deyib ki, MB-nin bu qərarı Royal Bankın müflisləşməsindən sonra yaranan çaşqınlığın nəticəsidir. MB bank sektoruna olan inamın atırılmasına çalışır. Amma tələbləri artırmaqla bu inamı yüksəltmək mümkün olmayacaq. Bu baxımdan MB inzibati metoddan daha çox təşviqedici tədbirlərə üstünlük verməlidir. İSİM sədri bidirib ki, bu gün bank sekorundakı problem nizamnamə kapitalına olan minimum tələblərin məbləği ilə əlaqəli deyil. Ən azı ona görə ki, müflis elan edilən Royal Bank nizamnamə kapitalını formalaşdırmaq problemi yox idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA