Binəqədi və Nərimanov rayonlarında iki gün su olmayacaq

img

31-07-2012 [12:09]


İki gün ərzində Bakının Binəqədi və Nərimanov rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. ?Azərsu? ASC-nin mətbuat xidmətinin məlumatına görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə Bakı şəhəri Binəqədi rayonunun Əhməd Rəcəbli küçəsində uzun müddət istismarda olan polad borulardan ibarət su kəməri 700 mm diametrli polietilen borularla çəkilmiş 750 mm-lik magistral su xətti ilə dəyişdirilib. Yeni çəkilmiş su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədar 31 iyul və 1 avqust tarixlərində paytaxtın Binəqədi və Nərimanov rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA