"Azəriqaz"da korrupsiya faktı azkarlandı

img

30-07-2012 [03:57]


"Azəriqaz" İstehsalat Birliyinin Beyləqan Qaz istismar sahəsinin rəisi Sabir Mustafayevin qanunsuz hərəkətləri barədə Dövlət Neft Şirkətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilib ki, Beyləqan Qaz istismar sahəsinin rəisi Sabir Mustafayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif bəhanələrlə, o cümlədən rayonda abadlıq işlərinin aparılması adı ilə sahənin baş mühəndisi Arif Fərzəliyevdən 1.500 manat, baş mühasib Vaqif Abdullayevdən 250 manat və sahənin digər əməkdaşlarından ümumilikdə 4.095 manat məbləğində pul almaqla fiziki şəxslərin, eləcə də işlədiyi təşkilatın qanunla qorunan mənafelərinə mühüm zərər vurub. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.#601;lumata g

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA