Nazirlik mağazalarda saxta ərzaq axtarır

img

27-07-2012 [12:53]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin yararsız və vaxtı keçmiş ərzaq məhsulları ilə bağlı keçirdiyi monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlər zamanı Xəzər rayonunda Buzovna qəsəbəsindəki "Nigar market"də, "Cənub market"də və İmran Manafova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Nəsimi rayonunda Cavadxan küçəsi, ev 16 ünvanında yerləşən "Samir-98 market"də və "Xəzər market"də, Moskva prospekti, məhəllə 3007 ünvanında Salman Xaliqova və Sudabə Mirzəzadəyə məxsus mağazalarda, Tağızadə küçəsi, ev 4/66, mənzil 108 ünvanında Aqşin Ağayevə məxsus mağazada, B.Səfəroğlu küçəsi, ev 163 ünvanında yerləşən "Uğur market"də, Xəzər rayonunda Buzovna qəsəbəsində yerləşən "Super market"də, "Nixad market"də, "Əli market"də, "Green market"də və "Xəzər market"də, Nizami rayonunda B.Nuriyev küçəsindəki "Elnur market"də və Tapdıq Əzimova məxsus mağazada, Naxçıvanski küçəsində Eynulla Fətəliyevə məxsus mağazada, "Fərid market"də və "Ülvi market"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb. Abşeron rayonunda Novxanı qəsəbəsində Vaqif İbrahimova və Xəyal Rəhimova məxsus mağazalarda, Sumqayıt şəhərində 10-cu mikrorayon, Koroğlu prospekti, ev 63 ünvanında Bəşir Əsgərova məxsus mağazada, Goranboy rayonunda Xan Qərvənd kəndində Rəşid Qasımova məxsus mağazada, Beyləqan rayonunda A.Əkbərov küçəsində Ədalət Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən olunub. Füzuli rayonunda Bala Bəhmənli kəndində Elgün Tərlanzadəyə məxsus mağazada, Goranboy rayonunda Xan Qərvənd kəndində Vaqif Rüstəmova məxsus mağazada, Bərdə rayonunda Qazıqurdalı kəndində Pərviz Piriyevə məxsus mağazada, Neftçala rayonunda 20 Yanvar küçəsində Noğul Şükürova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib. Ümumilikdə, monitorinqlər zamanı 560 kq-a yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA