?Royal Bank?dakı pulları üç bank qaytaracaq

img

19-07-2012 [09:43]


Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2007-ci il avqustun 7-dən Fonda üzv olan ?Royal Bank? ASC-də iyulun 16-da sığorta hadisəsi baş verdiyini bildirib. Fonddan verilən məlumata görə, Fondun Himayəçilik Şurasının bu il iyulun 18-i tarixli qərarına əsasən sığorta hadisəsi baş vermiş ?Royal Bank? ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq ?Muğanbank? ASC, ?Bank Respublika? ASC və ?AGBank? ASC seçilib. Bu il avqustun 1-dən etibarən ƏSF seçilmiş agent bankalar vasitəsi ilə sığorta hadisəsi baş vermiş ?Royal Bank? ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənişinə başlayacaq. Seçilmiş agent bankların kompensasiyaların ödənilməsində iştirak edəcək filialları, onların ünvanları və əlaqə telefonları barədə əlavə məlumat veriləcək. Sığorta hadisəsinə görə, Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA