Zərdabinin muzeyinə 300 min manat ayırıldı

img

19-07-2012 [09:38]


Prezident İlham Əliyev Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin zəngin irsi bugünkü və gələcək nəsillərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları baxımından müstəsna əhəmiyyətə malikdir. Prezident ?Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında? 2012-ci il 4 iyun tarixli 2269 nömrəli sərəncamının icrası ilə əlaqədar Zərdab rayonunda yerləşən Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılmasını, muzeyin zəruri avadanlıqlarla təchiz olunmasını və eksponatlarla zənginləşdirilməsini, eləcə də ərazisinin abadlaşdırılmasını təmin etmək məqsədi ilə, Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 300 (üç yüz) min manat ayrıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA