Nazir Oqtay Şirəliyevdən sərt addım

img

13-07-2012 [11:09]


Səhiyyə Naziri Oqtay Şirəliyev Bakının 4, 19 və 25 saylı poliklinikalarının baş həkimlərini işdən çıxarıb. Bir neçə baş həkimə isə sonuncu dəfə xəbərdarlıq edib. MIA-nın ?Yeni Müsavat?a istinadən xəbərinə görə, səhiyyə işçilərinin mütəmadi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatların qurbanı olması Oqtay Şirəliyevi qorxuya salıb. Belə ki, Nazirliyin iyulun 10-da keçirilən kollegiya iclasında səhiyyə sistemində antikorrupsiya tədbirləri müzakirə edilib. İclasda O. Şirəliyev çox sərt çıxış edib və dövlət xəstəxanalarında rüşvət mexanizmlərinin hələ də qaldığından narazılığını ifadə edib və bu halların aradan qaldırılmayacağı təqdirdə radikal addımlara əl atacağını bildirib. Nazir çoxlarının gözləmədiyi sərt şəkildə çıxış edib. O bildirib ki, baş həkimi təyin edəndə heç kimdən bir qəpik də almayıb: ?Bəzi nazirlər kimi müəssisələrə pulla rəhbər götürmürəm. Ona görə də sizdən tələb edirəm ki, xəstələrdən rüşvət tələb etməyəsiniz, necə ki mən sizdən tələb etmirəm. Onsuz da xəstələr imkan daxilində həkimlərin zəhmətini dəyərləndirilər. Ancaq burada konkret ?tariflər? müəyyənləşdirmək, pulsuz verilməli olan dərmanları pulla satmaq cinayətdir. Belə hallara son qoyulmasa, vəziyyətiniz çox pis olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA