Kartof ucuzlazıb, soğan isə bahalazıb

img

13-07-2012 [12:29]


İyun ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 3,9, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,6, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1 ucuzlaşıb. Statistika Komitəsindən verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 2,8, kartofun 0,9, baş sarımsağın 2,6 faiz, xiyarın 5,6, pomidorun 8,2, badımcanın 12,7, bibərin 3,4, kələmin 15,1, yaşıl lobyanın 0,7, göyərtinin 1,9 istehsalçı qiymətləri 5,2 faiz ucuzlaşıb, baş soğanın istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb. Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 1,2, əriyin 7,5, alçanın 9,0, fındığın istehsalçı qiymətləri 2,3 faiz ucuzlaşıb, limon və çiyələyin istehsalçı qiymətləri isə müvafiq olaraq 0,6 faiz və 1,0 faiz bahalaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından inək və camışın istehsalçı qiymətləri 2, yumurtanın istehsalçı qiymətləri 5,6 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində 1 yaşdan yuxarı şişəyin istehsalçı qiymətləri 0,2, qoyun ətinin (diri çəkidə) 0,8, inək və camış südünün müvafiq olaraq 5,1 və 0,1, hind toyuğunun istehsalçı qiymətləri isə 7,6 faiz bahalaşmışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA