Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb

img

09-07-2012 [12:42]


Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektoru Azərbaycanda pensiyada olma müddəti orta hesabla 16 il təşkil etdiyi barədə məlumat yayıb. Fond bəyan edib ki, son vaxtlar bəzi ekspertlər tərəfindən Azərbaycanda yaşa görə pensiya alanların pensiyada olma müddətinin kişilər üçün 3 il, qadınlar üçün isə 5 il təşkil etdiyi barədə ictimaiyyəti çaşdıran məlumatlar yer almaqdadır. ?Bununla bağlı bildiririk ki, həmin məlumatlar həqiqətə uyğun deyildir və Dövlət Sosial Müdafiə Fondunun avtomatlaşdırılmış mərkəzi məlumat bazasında mövcud olan informasiyalarla tam ziddiyyət təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun müasir standartlara cavab verən mərkəzi məlumat bazasında ölkə əhalisinin 3/1-i, yəni 1 275 min nəfər pensiyaçı və 2 milyondan artıq sığortaolunan barədə dəqiq məlumatlar toplanmışdır. Fondun mərkəzi məlumat bazasında olan göstəricilərə əsasən, son 6 ildə yaşa görə pensiya alan və vəfat etmiş qadınların orta yaşı 77,2, kişilərin orta yaşı isə 75,7 olub. Hazırda yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 19 il, kişilər üçün isə 12,7 il təşkil edir. Ümumilikdə isə Azərbaycanda pensiyada olma müddəti orta hesabla 16 ildir?. Fondun məlumatına görə, ?Əmək pensiyaları haqqında? Qanuna əsasən, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər daha erkən pensiyaya çıxırlar və bu kateqoriyadan olan vətəndaşların pensiyada olma müddəti orta hesabla 22 il təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA