Əmanətlərin qaytarılmasında problem yaranıb

img

04-07-2012 [03:35]


Azərbaycan vətəndaşlarının keçmiş SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılması prosesində sənədlərin tam təqdim olunmaması səbəbindən müəyyən problemlər yaşanır. Bu haqda məlumat verən Maliyyə nazirinin müavini Azər Bayramovun sözlərinə görə, əmanətlərin qaytarılması prosesinə yeni başlanılıb: ?Məhz buna görə də müəyyən problemlər var. Bunun üçün xüsusi komissiya var. Bütün bu cür mübahisəli məsələlərlə əlaqədar həmin komissiyaya müraciət olunmalıdır. Problemlərin araşdırılması yekunlaşdıqdan sonra vəsaitlərin verilməsində heç bir problem olmayacaq?. A.Bayramov dedi ki, indiyədək verilən vəsaitin həcmi artır: ?Artıq vəsaitlərin verilməsi avtomatlaşdırılıb. Ona görə də hesab edirəm ki, bu proses daha da sürətlənəcək və müəyyən olunmuş müddətdə problemsiz başa çatacaq?. Nazir müavini qeyd etdi ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan dövlət büdcəsinin gəlirlər üzrə proqnozu 106 faiz, xərclər üzrə proqnozu isə 90 faizdən artıq səviyyədə icra olunub. Bunun çox yaxşı göstərici olduğunu deyən A.Bayramov artıq investisiya layihələrinin maliyyələşdirilməsinə başlandığını da bildirdi. A.Bayramov dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsinin Azərbaycanın büdcə gəlirlərinə mənfi təsir etmədiyini də vurğuladı: ?Biz bunu 2012-ci il üçün orta göstərici kimi nəzərdə tutmuşuq. Bundan əvvəl orta göstərici 100 dollardan artıq idi, indi isə 100 dollardan aşağıdır. Bu da büdcə gəlirlərinə təsir etməyəcək?. Hökumət rəsmisi bildirdi ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın icbari sığorta bazarında 68 faiz artım baş verib: ?Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə Azərbaycanın icbari sığorta bazarında 37 faiz artım olub. Son iki ilin təcrübəsi göstərir ki, bu sahədə yüksək nəticələr əldə olunub.Bu inkişaf tempini qoruyub saxlamaq niyyətindəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA