Dondurmalarla bağlı yoxlamalara bazlanıldı

img

02-07-2012 [05:24]


Azərbaycanda dondurmalarla bağlı yoxlamalara başlanılıb. Yoxlamalar zamanı ölkəyə xaricdən gətirilən dondurmaların da təhlükəsizlik göstəriciləri araşdırılacaq. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dondurmaların təhlükəsizlik göstəricilərini araşdırmaq məqsədilə dondurma istehsalı müəssisələrində və dondurma satılan ticarət obyektlərində yoxlamalara başlayıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayevin verdiyi məlumata görə, hazırda ölkədə satılan dondurmaların təhlükəsizlik parametrlərilə bağlı demək olar ki, problem yoxdu. İmran Abdullayev bildirib ki, bəzən respublikanın rayonlarında dondurma satışı şərtlərinə əməl edilmir. Mərkəz rəsmisinin sözlərinə görə, soyuducuda olsa belə, dondurmalar açıq havada istənilən yerdə satıla bilməz. ?Yeyinti məhsulları haqqında? qanuna əsasən, bu yerlər müvafiq icra orqanları tərəfindən müəyyənləşdirilməlidir. "Dondurmalar soyuducunun içində belə olduqda, şüşənin altından onun üzərinə birbaşa Günəş şüaları düşməli deyil. Dondurma -20 dərəcə temperaturda saxlanılmalıdır. Dondurmalar açıq havada kölgədə satılmalıdır?, deyə İmran Abdullayev deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA