?Parabank? ?Baku American centre-de tələbələrə sertifikatları təqdim etdi

img

28-06-2012 [05:15]


"Parabank? ASC daima gənclərə dəstək məqsədi ilə ?Baku American centre? tədris mərkəzində 27 nəfər müxtəlif universitetlərdən olan tələbələrə ?Bank işi? mövzusunda pulsuz təlim proqramının keçirilməsini təşkil edib. Təlim proqramı 13 mövzu əsasında (Risklərin İdarə olunması, Bank məhsullarının satışı, İşə qəbul qaydaları, Plastik kartlarla iş və s.) bank işinin ümumi sistemini əks etdirərək 3 ay müddətində həyata keçirilmişdir. Təlimdə Parabank-ın müxtəlif şöbələrində çalışan peşəkar mütəxəsisslər təlimçi qismində çıxış etmişdilər. 23.06.2012-ci il tarixində ?Baku American centre? tədris mərkəzində, təlimlərdə müsbət nəticə göstərmiş tələbələr Parabank tərəfindən sertifikatlarla təltif olunmuşdur. İmtahanda ən yüksək bal toplamış 2 tələbəyə Parabank adından VİSA Gold və Visa Classic kartı hədiyyə olundu. Parabank bundan sonra da bu tip layihələri davam etdirərək gənc nəslin bank işi sahəsində maariflənməsinə yaxından köməklik göstərəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA