Türkiyədə tarixi qaz saziz imzalandı

img

26-06-2012 [11:55]


Trans-Anadolu Təbii Boru Xətti layihəsi (TANAP) hökumətlərarası sazişi Azərbaycan prezidenti və Türkiyənin baş nazirinin şahidliyi ilə imzalanıb. Beşiktaşda Nazirlər Kabinetində keçirilən imza mərasimində sazişi Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız ilə Azərbaycanın sənaye və enerji naziri Natiq Əliyev imzalayıb. Ərdoğan və Əliyev sazişə şahid olaraq imza atıblar. Mərasimdə Türkiyə hökuməti ilə Trans Anadolu Təbii qaz Boru Xətti şirkəti arasında ev sahibi ölkə sazişi isə Taner Yıldız və Socarın prezidenti Rövnəq Abdullayev tərəfindən imzalanıb. Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti Socarın, Türkiyədən BOTAŞ və TPAO-nun ortaqlığı ilə 26 dekabr 2011-ci ildə ilkin razılığı həyata keçirilən TANAP sazişi 7 milyard dollar yatırımla həyata keçiriləcək. Layihənin ilk etapı 2018-ci ildə tamamlanacaq. TANAP üçün yaradılan konsorsiumda SCAR, BOTAŞ və TPAO ilk ortaqlar olacaqlar. Layihə çərçivəsində Türkiyə iki şirkəti ilə birlikdə səhmlərinin həcmi 20% olacaq. Layihənin 80%-i isə SOCAR-a aiddir. Bu boru xətti qazın Azərbaycandan çıxmaqla Gürcüstandan keçib Türkiyə üzərindən satılmasını və çatdırlmasını nəzərdə tutur. Şahdəniz-2 konsorsiumun 16 milyard kubmetrlik qazının 6 milyadlıq qismi Türkiyəyə, 10 milyard kub metri isə TANAP ilə Avropaya Bolqarıstan və ya Yunanıstan sərhədində təslim ediləcək. Baş nazir Ərdoğan bildirib ki, TANAP layihəsinin həyata keçirilməsi, Şərq-Qərb enerji dəhlizini yaradan bütün bu layihələr bölgədə təhlükəsizlik və sülhün inkişafına, eyni zamanda iqtisadi dirçəlişin təmin olunması yolunda strateji addımlardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA