?Azərsu?da 72 sahə rəisi vəzifəsi ixtisara düzdü

img

20-06-2012 [04:45]


?Azərsu? Səhmdar Cəmiyyətinin Bakı şəhəri üzrə fəaliyyət göstərən 11 su-kanal idarəsində ümumilikdə çalışan 72 sahə rəislərinin hamısı iyun ayının 1-dən işdən qovulduqdan sonra həmin vəzifələr rəsmən ixtisara salınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ?Azərsu? səhmdar cəmiyyətindən bildirilib: ?Həmin vəzifələr şirkətdə aparılan mobil idarəetmə sisteminə uyğun olaraq ixtisara düşüb. İndi elə bir model üzərində işlənilir ki, bu sistem daha çevik və abonentlərə daha gözəl xidmət olunacaq?. İxtisara salınan sahə rəisləri isə mia.az-a deyib ki, həqiqətən də onların ərizəsi alınanda, bu vəzifənin ixtisara salındığı da deyilib: ??Ancaq idarə rəisləri və müavinləri də bunu əminliklə deyə bilmirlər. Onlar gah belə, gah da ?işdən azad olunmağınız bizlik deyil, özümüz də yuxarının bu qərarından çaş-baş qalmışıq?, - deyə, münasibət bildirirlər?. Sahə rəisləri işə qəbulla bağlı keçirilən müsabiqə haqda da danışıblar: ?Bizə konkret deyən olmayıb ki, filan işlə bağlı müsabiqə keçirilir. Ona görə də elanlardan xəbərsizik. Amma eşitdiyimizə görə, belə bir imtahanlar keçirilib. Bəziləri imtahan versələr də, hələki kimin işlə təmin olunub-olunmadıqlarını bilmirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA