Bələdiyyələrlə bağlı yeni sorğu yekunlazıb

img

13-06-2012 [05:44]


İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ?Yerli özünüidarədə ictimai iştirakçılıq, ictimai rəy və fikrin öyrənilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması? layihəsinin icrasını həyata keçirir. 5 ay müddətində həyata keçiriləcək layihədə Bakının Yasamal, Sumqayıt, Quba və Xudat bələdiyyələri əhatə olunub. Layihənin birinci mərhələsinə uyğun olaraq, artıq bütün bələdiyyələrdə sorğular yekunlaşıb. Sorğular uğurla həyata keçirilib və layihə zamanı pilot bələdiyyələr layihənin həyata keçirilməsinə maraq göstərib. Layihə zamanı hər hansı problemlə üzləşilməyib. Bu barədə mia.az-a məlumat verən Təşkilat və layihə rəhbəri Rəfail Becanovun bildirdiyinə görə, bu tip sorğular nəzərdə tutulan ideyanın gerçəkləşməsi yönündə mühüm addımlardan sayıla bilər: ?Çünki bələdiyyələrlə ictimai sektor arasında münasibətlər hələ də istənilən səviyyədə deyil. Sorğu vərəqinə 12 sual daxil edilmişdi ki, bunlardan da 7-si birbaşa ictimai iştirakçılıqla, bələdiyyələrlə vətəndaş cəmiyyəti sektoru arasında münasibətlərin real vəziyyəti və inkişafı ilə bağlı idi. Reallıqdır ki, keçiriilən tədbirlərə, bələdiyyələrlə vətəndaş cəmiyyəti arasında əlaqələrin inkişafı ilə bağlı müxtəlif layihələrin reallaşdırılmasına baxmayaraq, hələ də istənilən münasibətlərin qurulmasına nail olunmayıb. Amma demək olar ki, artıq bu mərhələdə ciddi uğurlar əldə olunb. Əvvəlki kimi bələdiyyələr QHT-lər haqqında məlumatsız deyil, onalrın həyata keçirdiyi layihələrin tərəf müqabili olmaqda tərəddüd etmirlər. Amma bəzi məsələlərdə mühafizəkarlıq qalır. Bizim keçirdiyimiz sorğuda suallardan biri də bələdiyyələrin yanında İctimai Şuraların yaradılması ilə bağlı idi. Bələdiyyə üzvləri bu sualı cavablandırarkən əksəriyyəti bildirib ki, bu funksiyanı Məhəllə Komitələri həyata keçirir. Əslində biz bələdiyyələrin yanında İctimai Şuraların yaradılması təklifi ilə yeni bir yanaşma metodu ortaya qoymuşuq və məqsədimiz ictimai iştirakçılığın səviyyəsinin artırılmasıdır. İcimai Şuraların yaradılması Məhəllə Komitələrinin işinə kölgə salmır. Əksinə bu fəaliyyətin stimullaşmasına kömək edəcək bir variantdır. Çünki Məhəllə Komitələri İctimai Şuralarla əlaqəli işləyə, həm əhalinin maariflənməsində, həm də yeni ideya və təkliflərin öyrənilməsində əhəmiyyətli rol oynaya bilər. Bələdiyyələrdə sorğulardan sonra keçirilən görüşlərdə bu məsələni diqqətə çatdıranda və bildirəndə ki, İctimai Şuralar Məhəllə Komitələrinə alternativ deyil, özləri də razılaşdılar. Layihənin ikinci mərhələsində bu məsələnin bələdiyyələrlə birgə müzakirəsi təşkil ediləcək. Hesab edirik ki, bu məsələnin reallaşması ilə bələdiyyələrlə vətəndaş cəmiyyəti sektoru arasında yeni bir mərhələnin inkişafına təkan veriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA