Qafqaz Universitetində Əmək Sərgisi keçiriləcək

img

12-06-2012 [03:00]


Azərbaycan Respublikası sürətli və dinamik sosial-iqtisadi inkişaf yolundadır. Belə bir inkişaf strategiyası yaxın gələcəkdə ölkəmizi sürətli inkişaf edən ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına qoşulmasını təmin edəcək. Bütün sahələrdə baş verən sosial-iqtisadi inkişaf yeni müəssisələrin meydana gəlməsi və müxtəif sektorlarda iş yerlərinin açılması ilə nəticələnir. Belə bir dinamikada səmərəli rol almaq üçün bütün imkanlarını səfərbər edən Qafqaz Universiteti iş dünyası ilə birgə çoxsahəli fəaliyyətlər həyata keçirməkdədir. Bu cür fəaliyyətlərdən biri də ənənəvi olaraq, hər il keçirdiyimiz Əmək Sərgiləridir. 22 iyun 2012-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qafqaz Universitetinin birgə təşkil edəcəyi ?Karyerada İlk Addım? adlı əmək sərgisi dövlət və özəl sektora aid 100-dən çox təşkilatın iştirak edəcəyi gözlənilir. Bütün məzun və tələbələri ?Karyerada İlk Addım? adlı əmək yarmarkasında iştirak etməyə dəvət edirik. Xatırladaq ki, keçən tədris ilində keçirdiyimiz Əmək Sərgisində 100-dək şirkət və müəssisə iştirak etmişdir ki, həmin təşkilatlar ümumilikdə 700-dək vakant iş yerinə namizədlər axtarılmışdır. Qafqaz Universiteti mətbuat xidməti.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA