Komitə sədrinin milyoner qardazının hədələdiyi zərərçəkən danızdı

img

12-06-2012 [01:50]


Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun milyoner qardaşı, ?Khazar İsland? layihəsinin rəhbəri, ?Avesta? Konserninin prezidenti, bir neçə ay əvvəl müdafiə etdiyi elmi işi ilə bağlı böyük səs-küylər yaranmış Hacı İbrahim İbrahimovun (Nehrəmli) aldatdığı şəxs yenidən meydandadır. Xatırladaq ki, Bakı şəhər sakini, Əzizağa Əliyev Hacı İbrahim tərəfindən aldadıldığını və indiyə qədər yarımmilyon manatdan çox pulunun ödənilmədiyini iddia edib. Hacı İbrahim isə biznesmen olduğunu və buna görə də bir çox məsələlərdə mənəvi məsələdən çox, maddi məsələni önə çəkdiyini xüsusi vurğulamaqla, həm də şikayətçinin pulunu verdiyini iddia edib. Amma bəlli olub ki, o, şikayətçiyə cəmi 110 min manat verib. Bu isə aralarındakı razılaşmaya uyğun olmayıb. Nehrəmli isə qalan pulu verməmək üçünsə Ə.Əliyevi hədələməkdən də çəkinməyib: ?Onu içəriyə soxduracam?. Ə.Əliyev isə deyəsən İbrahim Nehrəmlinin təhdidlərindən çəkinən deyil. O, ?Yeni Müsavat? qəzetinə gedərək, ?Avesta? prezidentinin dediklərinə münasibət bildirib: ?Əvvəla, iş danışıqdan keçər. Bizim 1 milyon 350 minlik alqı-satqı müqaviləmiz olub. Müqavilə yazılan anda, o, mənə orderlə 450 min manatlıq 4 mənzil, 100 kv.m-lik 1 qeyri-yaşayış sahəsi, 12 min manat dəyərində isə bir qaraj verib. Bunların ümumilikdə qiyməti 445 min manat edir. Amma müqavilə şərti ilə Hacı İbrahim mənə 600 min manatlıq yaşayış sahəsi verməli idi. İndiyə qədər 155 min manatlıq yaşayış sahəsinin sənədini vermir. Digər tərəfdən, verdiyi yaşayış sahəsinin müqaviləsində yazılır ki, tikilən ev 18 ay müddətində təhvil veriləcək. 2008-ci ildə verdiyi sənədlərin üstündən 4 il keçməyinə baxmayaraq, evin tikilib qurtarmasına hələ bundan sonra 5 il də lazımdır. Kim bilir, bəlkə də bu mənzilləri başqalarına da satıb. Müqaviləyə görə, İbrahim mənə 12 ay müddətində 750 min manat pul verməli, 2009-cu ildə isə bizim müqavilənin müddəti bitməli idi. Bu müddətdə o, məni həm evlə təmin etməli, həm də pulumu verməliydi. Ancaq məni aldadaraq demişdi ki, hazırda pulum yoxdur, xaricdən külli miqdarda kredit alıram. Odur ki, sənə kişi sözü verirəm ki, pulunu ödəyəcəyəm. Bildirdi ki, əgər məndən nigaran qalırsansa, sənə girov olaraq 640 minlik mənzilin sənədini verim, pulunu yaxın günlərdə ödəyəndən sonra onları geri alım. Bu sənədləri verəndən sonra isə İbrahim peşmanlayıb mənə təklif etdi ki, qoca kişisən, kirayə yaşayırsan, sənədi səndən oğurlayarlar, gətir seyfimdə saxlayım. Mən isə ona dedim ki, məni aldada bilməzsən, pulumu ödə, sənədi qaytarım. Ancaq nə pul ödənildi, nə də mən sənədi qaytardım. Mənə kv.m-i 1200 manata hesabladığı mənzillərin real qiyməti 700-800 manat idi". Ə.Əliyev Hacı İbrahimin ona olan borcunu tam ödədiyi barədə dediklərini qəti təkzib etdi: ?Mənə aid olan torpaq sahəsinin real qiyməti azı 20 milyon manat idi. Ancaq ehtiyacım olduğuna görə onunla 4 mln. manata razılaşdıq. İki gün sonra isə məni çağırdı ki, xərcim çoxdur, Bəylər müəllimə (general Bəylər Əyyubovu nəzərdə tutur-red.) 50 ha, icra başçısına 20 ha torpaq verməliyəm, mənə bir şey qalmır. Odur ki, aşağı qiymət təklif etdi. Mən də məcburiyyət qarşısında razılaşdım. Pulumu, əmlakımı almadan, İbrahimə inanaraq alqı-satqıya razılaşdım?. Ə.Əliyev dedi ki, Hacı İbrahim Nehrəmlidən Prezident Administrasiyasına, hüquq-mühafizə orqanlarına şikayət edib, amma bir çarəsi olmayıb. Şikayətçi Hacı İbrahimin hədələrinə də reaksiya verdi: ?İbrahim məni şərləyib tutdura, killerə öldürtdürə də bilər, çünki o milyarderdir, pulu var. Amma nə qədər ki, mən haqqımı almamışam, konstitusiya üzrə bütün vətəndaşların qarantı olan prezidentimizdən xahiş və tələb edəcəyim ki, mənim haqqımın bərpasına yardımçı olsun. İbrahim İbrahimov yalançıdır, dələduzdur, o, həmin torpaqdan xeyir görməyəcək. Əgər mənim sözlərimə etirazı varsa, versin məhkəməyə. Mən qanunun verdiyi imkandan istifadə edib sonadək haqqımı almaq üçün mübarizə aparacağam. Əgər İbrahim düzgün adamdırsa, məni prokurorluğa versin, mənə cinayət işi açdırsın. Ümidim qanuna, bir də prezidentədir. Mənim ona gücüm çatmır, pulum yoxdur, mən onu tutduran deyiləm, qoca kişiyəm. Məni vaxtilə də onun kimisi şərləyib tutdurmuşdu. Haqq-nahaq mənə 10 il iş verdilər ki, guya kimisə öldürmüşəm. Bundan sonra başıma nə hadisə gəlsə, İbrahim İbrahimovdan biləcəyəm. Burada maşın qəzası da ola bilər, sui-qəsd də?. #601; aid olan torpaq sah#601;d

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA