?Texnikabank? Etibar Əliyevdən rəsmən alındı

img

11-06-2012 [04:53]


Bu gün ?Texnikabank?ın Müşahidə Şurası yeni tərkibdə təsdiq edilib. Səhmdarların növbədənkənar keçirilən toplantısında Müşahidə Şurasının əcnəbi səhmdarından savayı, yerli üzvləri tam tərkibdə dəyişdirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən bankdan məlumat daxil olub. Məlumatda bildirilir ki, bir neçə ay əvvəl Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmiş bankın sahibi və Müşahidə Şurasının sədri Etibar Əliyev başda olmaqla, üzvlər - Mirfalax Cabbarlı və Natiq Ağayev də yeni tərkibdə yer almayıblar. Təkcə bankın əcnəbi səhmdarı olan Frank Mosierə toxunmayıblar: Bu isə bankın tamamilə Etibar Əliyevin nəzarətindən çıxarılması deməkdir?. Yeni tərkibə gəlincə, onlardan biri - az öncə Azərbaycan Beynəlxalq Bankından ?Texnikabank?a göndərilmiş Rövşən İsmayılov Müşahidə Şurasının sədri seçilib: ?Fuad Mürşüdlü və Rauf Ağayev isə Müşahidə Şurasının yeni üzvləri kimi təsdiqlənib?. #305;n sahibi v

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA