Dövlət Gömrük Komitəsinin yeni sturukturu təsdiqləndi

img

06-06-2012 [01:42]


Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi haqqında əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq prezidentə təqdim etmək tapşırılıb. Bundan başqa Nazirlər Kabineti öz normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir. Dövlət Gömrük Komitəsinin strukturu aşağıdakı kimidir Dövlət Gömrük Komitəsinin aparatı. Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar: ərazi gömrük idarələri: Bakı Baş Gömrük İdarəsi; Sumqayıt Baş Gömrük İdarəsi; digər ərazi gömrük idarələri; ixtisaslaşdırılmış gömrük idarələri: Hava Nəqliyyatında Baş Gömrük İdarəsi; Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi; Enerji Gömrük İdarəsi; Aksiz Gömrük İdarəsi; Avtonəqliyyat Gömrük İdarəsi; gömrük postları; digər qurumlar: Tibbi Xidmət İdarəsi; Avtomobil Nəqliyyatı İdarəsi; Mərkəzi Gömrük Ekspertizası İdarəsi; Gömrük Mühafizə Xidməti; Gömrük Akademiyası; ?Azərterminalkompleks? Birliyi; İdman-Sağlamlıq Mərkəzi; Kinoloji Mərkəz; gömrük laboratoriyaları.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA