Əmanətlərin qaytarılmasına start verildi

img

04-06-2012 [01:53]


Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında yerləşdirilmiş və keçən əsrin 90-cı illərinin əvvəllərində baş vermiş yüksək inflyasiya nəticəsində dəyərdən düşmüş bank əmanətlərinin qaytarılması üzrə birdəfəlik ödəmələrin həyata keçirilməsinin ilk günü ərzində "Kapitalbank"a 9991 (5938-i Bakıda olmaqla) ərizə təqdim olunub. Bu barədə "Kapitalbank"ın İdarə Heyətinin sədr müavini, birdəfəlik ödəmələr üzrə mərkəzin direktoru Araz Əliyev bildirib. Onun sözlərinə görə, 65-i Bakıda olmaqla, bankın 143 məntəqəsində ərizələrin qəbuluna başlanıb. Araz Əliyev onu da qeyd edib ki, gün ərzində 1403 ərizə mərkəzə göndərilib: "Bu ərizələrdən 708-i üzrə ödəmələrin aparılmasına icazə verilib, 597 ərizəyə baxılır, 19 ərizə üzrə imtina cavabı verilib. İcazə verilən ərizələr üzrə məcmu ödəmələrin həcmi 48 994 manatdır. Bu gün ərzində 79 əmanətçi birdəfəlik ödəmələrini alıb". Şəhərdə ayrı-ayrı bank şöbələrinin qarşısında səhərdən uzun növbələr düzülməyə başlamışdır. "Turan"ın məlumatına görə, Şəki rayonunda da eyni vəziyyət müşahidə olunub. Əmanətlərin qaytarılması üçün geniş bir müddət tanınsa da, adamlar sanki narahatlıq içindədir ki, birdən vəziyyət dəyişə bilər. O zaman qoyulmuş pullarla indikinin real dəyərinin müqayisəsindən narazılıq ifadə edənlər çox olsa da, adamlar təklif edilən məbləği ləngimədən almağa üstünlük verirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA