Qanunsuz tikililərlə bağlı yeni sənəd hazırlanır

img

02-06-2012 [02:44]


Mili Məclisin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Tikinti və Şəhərsalma Məcəlləsinin ikinci oxunuşunun müzakirəsi zamanı qnunsuz tiklilərlə baglı məsələ gündəmə gətirilib. Milli Məclisin şöbə müdirinin müavini Səyyad Kərimov bildirib ki, Tikinti və Şəhərsalma Məcəlləsinin istər birgə komitələrin, istərsə də parlamentin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı qanunsuz tikintilərin sənədləşdirilməsi məsələsi daha çox müzakirə obyekti olub: ?Ancaq biz hesab edirik ki, qanunsuz tikintilərin sənədləşdirilməsi ilə bağlı məsələ Tikinti və Şəhərsalma Məcəlləsinin predmeti deyil. Bu məsələ ilə bağlı dövlət başçısının da tapşırığı var və hökumətin də nəzarətindədir. Bu baxımdan şöbəmiz, o cümlədən Tikinti və Şəhərsalma Məcəlləsinin hazırlanması ilə məşğul olan İşçi Qrupu belə bir qərara gəlib ki, bu yöndə ayrıca bir qanun layihəsi hazırlansın. Hələlik bununla bağlı müəyyən müzakirələr getdiyi üçün onu gündəliyə təqdim edə bilmirik. Müzakirələr başa çatdıqdan sonra həmin qanun layihəsini lazım gələrsə, daha geniş müzakirələrə təqdim edə bilərik?. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Tikinti və Şəhərsalma Məcəlləsinin ikinci oxunuşu ilə bağlı bildirib ki, bu sənədin hələ birinci oxunuşundan sonra geniş ictimai müzakirələr keçirilib. Bu müzakirələrdə də biznes elitasının nümayəndələri yaxından iştirak edib, öz təkliflərini səsləndiriblər: ?Bundan sonra İşçi Qrupumuz məcəllə ilə bağlı öz işlərini davam etdirib, ictimai müzakirələrdə biznes elitası, QHT-nin, o cümlədən, millət vəkillərinin səsləndirdikləri təkliflər yenidən diqqətlə nəzərdən keçirilib və onlardan məqsədəuyğun olanları məcəllənin ikinci oxunuşuna salınıb. Yəni, demək olar ki, məcəllə ilə bağlı qanun layihəsi kifayət qədər mükəmməl hazırlanıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA