Naxçıvan Muxtar Respublikasına 10 milyon manat ayrıldı

img

30-05-2012 [01:12]


Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan MR-nın tarixi-mədəni irsinin və milli memarlıq ənənələrinin qorunub saxlanılması, şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə ?Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı?nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Naxçıvan MR-nın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentinin Ehtiyat Fondundan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon manat ayrılıb. Sərəncama əsasən Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA