?Access Bank?da zübhəli oyunlar gedir

img

27-05-2012 [10:54]


[b]?Access Bank? Qapalı Səhmdar Cəmiyyətinin səhmdar kapitalının strukturunda dəyişiklik ediləcək. Dəyişikliklərə əsasən, bankın təsisçilərinin siyahısında dəyişiklik baş verməyəcək və yenilik yalnız onların iştirak payına aid olacaq. Bu barədə bankın saytında yerləşdirilən məlumatda bildirilir (http://www.accessbank.az/az/page/2012-05-25.html). [/b] Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və KfW Bankının hər biri səhmdar kapitalındakı payını 7,55 faiz azaldacaq. Bununla da sözügedən təsisçilərin payı hazırkı 20 faiz səviyyəsindən 12,45 faizə enəcək. Bununla yanaşı, Almaniyanın LFS şirkəti öz payını hazırkı 3,47 faizdən 0,10 faizədək azaldacaq. Almaniyanın ?Access Holding?i isə sadalanan səhmdarların təklif etdiyi bütün səhmləri satın almaqla və öz iştirak payını adekvat həcmdə - 16,53 faizdən 50,1 faizədək artırmaq niyyətindədir. Nəticədə, ?Access Holding? nəzarət səhm paketinə sahib olacaq. Artıq bu sövdələşməni həyata keçirmək üçün razılığın alınması məqsədi ilə təşkilat Azərbaycan Mərkəzi Bankına müraciət edib. ?Access Holding? mikromaliyyələşdirmə sənayesində iqtisadiyyatı keçid düvründə olan və inkişaf edən ölkələrdə qlobal şəbəkəsi artan, aşağı və orta gəlirli ailələrə, xüsusilə xırda və kiçik müəssisələrə maliyyə xidmətləri göstərən məsul kommersiya banklarının idarə edilməsi üçün strateji sərmayəçi qismində yaradılıb. ?Access Bank?ın baş meneceri Andrev Pospielovsky dəyişiklik barədə təklifi şərh edərək deyib: ?Təkilf olunan dəyişikliklər yalnız hər təsisçinin payında dəyişiklik deməkdir və yeni təsisçilərin daxil olması gözlənilmir. Bütün cari təsisçilər QDTİB, AYİB, BMK və KfW 49 faiz paya sahib olaraq köhnə tərkibdə qalacaqlar. Eyni zamanda yeni təsisçilik strukturu ?Access Bank"-ın təsisçiləri arasında ?Access Holding?in nüfuzlu beynəlxalq səhmdarlarının mövqeyini gücləndirəcək. Bu səhmdarlar, Avropa İttifaqının maliyyə qolu olan Avropa İnvestisiya Bankı, Hollandiya Dövlətinin İnkişaf Bankı olan FMO və Böyük Britaniya Hökumətinin Maliyyə-İnkişaf İnstitutu olan CDC-dir". ?Access Bank? QSC 2002-ci ilin oktyabr ayında ?Azərbaycan Mikromaliyyələşdirmə Bankı? kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın ölkə üzrə 29 filialı fəaliyyət göstərir. Bu ilin aprelin 1-ə olan göstəricilərə əsasən, bankın aktivləri 391,4 milyon manat, kredit portfeli 313,6 milyon manatdır. Bankın istehlak kreditlərinin həcmi 32,8 milyon manat, depozit portfeli 129 milyon manatdır. ?Access Bank? fəaliyyəti dövründə əhalidən 112 milyon manatlıq əmanət cəlb edə bilib. Bankın nizamnamə kapitalı 67,8 milyon manat həddində qiymətləndirilir. Təsisçilər xarici investorlar olsa da, bankın adı siyasi proseslərdə də hallanıb. Ötən il vicdan məhbuslarına yardım kampaniyası keçirildi və hesablar ?Access Bank?-da açıldı. Ancaq bank rəhbərliyi kamapaniyanın siyasi xarakterli olduğunu əsas gətirib bank xidmətindən imtina etdi; yalnız ictimai təzyiqlərdən sonra razılaşdı. Bəzi məlumatlara görə, bankın təsisçiləri xarici investorlar olsa da, bank Azərbaycanda oliqarxlardan birinin himayəsi ilə fəaliyyət göstərir. Ona görə də vicdan məhbuslarına yardım kampaniyasında bank xidməti göstərməyə risk etməyib. Yeri gəlmişkən, ölkədə yeganə xarici kapitallı bank olduğu üçün İctimai Palata da məhz bu bankı seçmişdi. Yerli kapitallı bankların bu işə mane olacağını nəzərə alan müxalifət ?Access Bank?a üstünlük vermişdi ki, burada siyasi ayrı-seçkilik olmayacaq. Ancaq bankın ilkin reaksiyası kampaniya təşkilatçılarını məyus etmişdi. Bəzi məlumatlara görə, yalnız təsisçilərin müdaxiləsindən sonra bank vicdan məhbuslarına yardım kampaniyası üçün bankda hesab açmağa və xidmət göstərməyə razılıq vermişdi. Məsələnin başqa bir maraqlı tərəfi odur ki, rəsmi Bakı Almaniyaya qarşı qara piar apardığı bir vaxtda ?Access Bank? QSC-nin səhm paketi Almaniya şirkətinin nəzarətinə keçir. Ona görə də səhm alqı-satqısının investorların özəl ideyası olması və yaxud bu ideyanın bankın yerli himayədarına məxsus olması məsələsi açıq qalır. "Yeni Musavat" qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA