Misir Mərdanov ?Son zəng?lə bağlı əmr imzalayıb

img

25-05-2012 [05:15]


Təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərində ?Son zəng? tədbirinin keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, ümumtəhsil məktəblərində ?son zəng? tədbiri mayın 31-də saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız müəssisənin ərazisində keçiriləcək. Həmin tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirakı təmin ediləcək. Əmrə əsasən, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, ?Son zəng?in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri vaxtında başa çatdırsınlar, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görsünlər və bu tədbiri məzunların həyatında yadda qalan əlamətdar hadisəyə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olsunlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA