Jurnalistə görə ?Xırdalan? pivələri boykot ediləcək

img

22-05-2012 [01:03]


Müsavat Partiyasının Gənclər Təşkilatı ?Avrovizyon-2012? mahnı müsabiqəsinin rəsmi sponsoru olan ?Baltika Bakı? MMC-nin istehsal etdiyi ?Xırdalan? pivələrinin boykot edilməsi barədə qərar qəbul edib. Boykota səbəb isə ?Baltika Bakı? MMC-nin hazırda həbsdə olan ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallını 50 min manat məbləğində cərimə etdirməsidir. Gənclər Təşkilatının yaydığı bəyanatda qeyd edilir ki, ?Baltika Bakı? MMC-dən siyasi hakimiyyətin əlində azad mətbuata qarşı alət kimi istifadə edilir: ?2012-ci ilin yanvarın 23-də Nərimanov rayon məhkəməsi ?Baltika-Bakı? MMC-nın baş direktoru Adam Tlexurayının iddiası əsasında ?Xural? qəzetinin qanunsuz iddialarla həbs olunan baş redaktoru Əvəz Zeynallını 50 min manat məbləğində cərimələyib. Nərimanov Rayon Məhkəməsi Azərbaycan qanunvericiliyinin bütün tələblərini kobud şəkildə pozaraq cavabdeh tərəfin vəkilini və nümayəndəsini məhkəmə prosesinə dəvət etməyib. 2012-ci ilin yanvar ayının 23-də gizli şəkildə aparılan məhkəmə prosesində Ə. Zeynallı 50 min manat məbləğində cərimə edilib. Məhkəmə qərarı barədə ?Xural? qəzetinə 2012-ci ilin fevralı ayının 10-da məlumat verilib. Məhkəmə prosesinin gizli şəkildə keçirilməsi, cavabdeh tərəfin müdafiə hüququndan məhrum edilməsi bir daha onu göstərir ki, Ə. Zeynallı siyasi hakimiyyəti tənqid etdiyi üçün həbs edilib. Hesab edirik ki, ?Baltika-Bakı? MMC Ə. Zeynallının həbsində mühüm rol oynayan yüksək vəzifəli məmurların sifarişini həyata keçirib. Müsavat Gənclər Təşkilatı Azərbaycanda söz və mətbuat azadlığının kobud şəkildə pozulmasında rol oynayan, avtoritar hakimiyyətin əlində siyasi alətə çevrilən ?Baltika Bakı? MMC-nin ?Eurovizion? mahnı müsabiqəsinin sponsoru olmasına etiraz edir. Eyni zamanda ölkəmizə gələn əcnəbi vətəndaşları və Azərbaycan vətəndaşlarını ?Baltika Bakı? MMC-nin istehsal etdiyi ?Xırdalan? pivələrini boykot etməyə çağırırıq?. Müsavat Partiyası Gənclər Təşkilatının sədr əvəzi Leyla Mustafayeva boykota çağırış vərəqələrinin əhali və qonaqlar arasında Azərbaycan və ingilis dillərində paylanacağını bildirib. Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA