Rabitə müəssisəsi ARDNŞ-ə qarzı 17 minlik iddia qaldırıb

img

19-05-2012 [02:10]


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Azərbaycan Dövlət Neft Şirkətini (ARDNŞ) məhkəməyə verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) belə bir addım atmasına səbəb ARDNŞ-in, daha dəqiqi, dövlət şirkətinin ?Neftqaztikinti? tresti ilə ?Neft-Qaz? Elmi-Tədqiqat layihə İnstitutunun rabitə müəssisəsinə təqribən 17 min manatlıq zərər vurmasıdır: ?Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Nizami Telefon Qovşağının hüdudlarında yerləşən ARDİNŞ-in adıçəkilən hər iki təşkilatının rabitə müəssisəsinə vurduğu 16.445 manat məbləğində ziyanın və məhkəmə xərclərinin qarşı tərədən tutulmasını tələb etsə də, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ərizələri təmin olunmayıb. Odur ki, BTRİB ARDNŞ-nin ?Neftqaztikinti? tresti və ?Neft-Qaz? Elmi- Tədqiqatlayihə İnstitutu ilə bağlı birinci instansiya məhkəməsinin çıxardığı qətnamədən apellyasiya şikayəti verib?. Zərərin nədən ibarət olduğununa aydınlıq gətirilməsə də, şikayətin Bakı Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyi ilə araşdırıldığı dəqiqdir: ?Hakim Nurəddin Mustafayev mayın 17-ə təyin olunmuş prosesi təxirə salıb. İş üzrə mayın 31-də proses davam etdiriləcək?. Şənbə günü olduğundan fakta tərəflərdən münasibət öyrənmək mümkün olmayıb. #601;hk

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA