?Unibank?-dan hər ?Eurovision? bilet sahibinə hədiyyə

img

15-05-2012 [10:14]


?Eurovision-2012? müsabiqəsinin yarımfinallarına, əsas məşqinə və ya finalına bilet əldə edənlər ?Unibank?-dan 1000 AZN məbləğində kredit xətti cəlb edə bilərlər. Bankın yeni kredit təklifi 22-26 may tarixləri arasında keçiriləcək bu 4 konsertdən birinə bilet əldə edən 25-60 yaşlarında olan ölkə vətandaşlarına,zaminsiz, arayışsız və istənilən istehlak məqsədlərə kredit kartı əldə etməyə imkan verir. Bu zaman 1000 manat məbləğində kredit xətləri yalnız borcalanın şəxsiyyət vəsiqəsi və onun adına olan bilet əsasında təqdim edilir. Zamin və iş yerindən arayış tələbi ?Unibank? tərəfindən tətbiq olunmur.Faizlər kredit xəttinin yalnız istifadə olunan hissəsinə hesablanır. Kreditlərin məbləği ?Eurovision-2012? konsertlərinə Banka təqdim edilən biletlərin dəyərindən və yaxud sayından asılı deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA