Azərbaycan Tibb Universiteti məhkəməyə verildi

img

13-05-2012 [04:17]


Deputat, akademik Əhliman Əmiraslanovun rektoru olduğu Azərbaycan Tibb Universiteti məhkəməyə verilib. Buna səbəb universitet rəhbərliyinin sığorta ödənişlərini həyata keçirməməsidir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, universitet əməkdaşlarını və daşınmaz əmlaklarını ?Beynəlxalq Sığorta Şirkəti? ASC-də sığorta etsə də, ödənişləri aparmayıb. Bu səbəbdən də sığorta şirkəti məhkəməyə müraciət edib. Tərəflər arasındakı məhkəmə çəkişməsi artıq apellyasiya mərhələsinə qədəm qoyub: ?Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə mayın 15-də Tibb Universitetinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinin məcburi tətbiq edilməsindən bəhs edən apellyasiya şikayəti əsasında prosesə start veriləcək?. Bazar günü olduğundan xəbərə tərəflərdən münasibət öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA