Mağazalarda azkarlanan 610 kq ərzaq məhv edilib

img

08-05-2012 [12:35]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Nərimanov rayonunda Ə.Əliyev küçəsi, bina 12 ünvanında yerləşən ?Zəmi market?də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Nəsimi rayonunda 28 May küçəsi, 34 ünvanında Nurməmməd Məmmədova məxsus mağazada, Ş.Bədəlbəyli küçəsi, 104 ünvanında Mədət Novruzova məxsus mağazada, K.Səfərəliyeva küçəsi, ev 19 ünvanında yerləşən ?Yaşıl market?də, D.Əliyeva küçəsindəki ?Gülüstan market?də və Samir Həsənova məxsus mağazada, Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsi, ev 17 ünvanında yerləşən ?Picco market?də, H.Əliyev küçəsi, ev 117, mənzil 37 ünvanında Vilayət İsmayılovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb. Ağstafa şəhərində H.Əliyev prospektində Orman Niyazova məxsus mağazada, Sumqayıt şəhərində H.Əliyev prospekti, ev 5/81, 45-ci məhəllə ünvanında Nurulla Ələkbərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilib. Nərimanov rayonunda Z.Bünyadov prospekti, 75 ünvanında Zakir Həsənova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Ağstafa rayonunda Dağ Kəsəmən kəndində Adil Nəbiyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Goranboy rayonunda V.Bayramov küçəsində Arzu Əhmədova və Azər Almuradova məxsus mağazalarda, Füzuli rayonunda Böyük Bəhmənli kəndində Səlimə Məmmədovaya məxsus mağazada, Şabran şəhərində Nizami küçəsində Səyyar Gülayevə məxsus mağazada, Masallı şəhərində 20 Yanvar küçəsində Muradəli Sadıqova məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib. Ümumilikdə, monitorinqlər zamanı 610 kq-dan çox ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA