?Texnikabank?ın sahibi ilə bağlı müəmmalar davam edir

img

07-05-2012 [10:59]


?Texnikabank?ın əsas səhmdarı və Müşahidə Şurasının sədri Etibar Əliyevin həbsindən sonra sözügedən bankın ətrafında cərəyan edən proseslər təkcə debitorları deyil, həm də ayrı-ayrı təşkilatların çoxsaylı əməkdaşlarını da yaxından maraqlandırır. 100 minə yaxın hərbçinin və bir sıra təhsil müəssisələrinin əməkdaşlarının ?Texnikabank?ın plastik kartları ilə əmək haqlarını almalarını nəzərə alsaq, o zaman vəziyyətin ciddiliyini anlamaq da çətin deyil. Yəni ?Texnikabank?ın ətrafında cərəyan edən oyunlarda təkcə Etibar Əliyevin həbsnə diqqəti cəlb etmək lazım deyil, həm də bankın minlərlə müştərisinin üzləşdiyi problemləri qabartmaq zərurəti yaranıb. Məsələnin maraqlı tərəfi budur ki, Etibar Əliyevin həbsdən ötən müddətdə istər hərbçilər, istərsə də müəllimlər əmək haqlarını almaqda çətinliklərlə üzləşiblər. Bu barədə ?Reytinq?ə daxil olan məlumatda bildirilir ki, hərbçilərin maaşları plastik kartlara vurulsa da, onlar ?Texnikabank?ın bankomatlarından pullarını çıxara bilmirlər. Məcbur qalıb, digər bankların bankomatlarından istifadə edirlər ki, bu da əlavə faizlərin çıxılmasına səbəb olur: ?Müəllimlərin vəziyyəti isə lap dözülməzdir. Çünki hərbçilərdən fərqli olaraq, onların əmək haqları və eyni zamanda, uşaq pullarının da alınması müşkilə çevrilir. Paytaxt Bakının elə məktəbləri var ki, hesabları ?Texnikabank?da yerləşir. Həmin məktəblərin müəllimləri iki aydır əmək haqlarını bankda baş verən hadisələr səbəbindən ala bilmirlər?. Bu və ya digər faktlara ?Texnikabank?dan rəsmi mövqe öyrənmək mümkün olmayıb. Adının çəkilməsini istəməyən bank əməkdaşlarından biri ?Reytinq?ə deyib ki, onlara hələ də işlədikləri bankda nə baş verdiyi tam aydın deyil: ?Bildiyimiz odur ki, bankın sahibi həbs olunub. Bundan sonra filiallarda yoxlamalar başladı və möhürlər toplanıldı. İndi ən kiçik əməliyyat zamanı sərbəst şəkildə ödəmə qəbzlərinə belə, möhür vurmaq səlahiyyətlərimiz yoxdur. Düzdür, bəzi filiallarda vəziyyət bir qədər fərqlidir. Həmin filialların rəhbərləri yuxarıların adamıdır, onlara müəyyən qədər sərbəstlik verilib?. Bankın səhmlərinin ?Kapitalbank? tərəfindən alınmasına gəldikdə, müsahibimiz bundan da xəbərsiz olduqlarını deyir: ?İnanın, 10 gündür bu barədə danışılır. Hətta qəzetlərdə də yazıblar. Amma bu günə qədər bu alqı-satqı işləri ilə bağlı filiallara nə gələn, nə də rəsmi bir bildiriş göndərən var. Ona görə də informasiyanın doğru olub-olmadığını bilmirik?, - deyə, bildirib. Müsahibimiz yalnız onu deyib ki, MTN-nin təcridxanasında saxlanılan Etibar Əliyevin azadlığa çıxmaq üçün bütün sərvətindən keçməsi haqda bankın ən yüksək rəsmiləri tərəfindən də danışıldığını eşidib: ?Düzdür, yaxınları ilk həftələr bütün imkanlarını işə salaraq, istintaqın ev dustaqlığı şəraitində davam etdirilməsinə çalışdılar. Lakin onların istəyi səmərə vermədi. Ancaq indi əminliklə danışırlar ki, barəsində seçilmiş üç aylıq həbs qəti-imkan tədbiri başa çatar-çatmaz, daha dəqiqi, may ayının sonunadək məhkəmənin qərarı ilə buraxılacağını deyirlər. Ola bilər ki, bu daha da tez olsun. Çünki onun istintaqın bütün tələblərinə boyun əydiyi deyilir?. Bəs, E.Əliyevin həbsindən sonra bankla əməkdaşlıq edən iri şirkətlər, hətta kiçik məbləğdə əmanət qoyan müştərilərin də bankdan pullarını geri çəkmələrinə gəldikdə isə, müsahibimiz bildirib ki, hələlik deyilənlərin əksinə olaraq, elə bir ciddi hadisələrlə üzləşməyiblər: ?Azərbaycan ordusunun əməkdaşlarından tutmuş, digər iri dövlət və şirkətlərin bəzilərinin hesabları bizim bankdadır. Düzdür, vəziyyətlə bağlı onların hesabına köçürülən pullar, həmçinin maaşların kartlara və bankomatlara vurulması və sair məsələlərdə bəlli səbəblərdən texniki problemlər yaradılıb. O da bizə əməliyyatların aparılmasının qadağan edilməsi ilə bağlıdır. Biz yalnız kredit borclarının ödənilməsi ilə bağlı müştərilərə sərbəst xidmət göstərə bilirik. Digər məsələlər isə bizdən yuxarılarda, məsləhətləşmələrlə həllini tapır. Yəni bu gün hərbçilərin və bəzi dövlət təşkilatlarının maaşları ilə bağlı yaranmış problemin kökü bizdən qaynaqlanmır. Bizə göstəriş versələr, elə bu gündən bankomatlarımıza pulları yerləşdirərək??. ?Reytinq? qəzeti, 06 may 2012-ci il

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA