230 kq-dan çox yararsız ərzaq azkar olunub

img

30-04-2012 [10:36]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Nərimanov rayonunda Aşıq Alı küçəsi, ev 7/19 ünvanında yerləşən ?Avand market?də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Səbail rayonunda Puşkin küçəsi, ev 5, mənzil 4/12 ünvanında yerləşən ?A.F. market?də, Xəqani küçəsində ?Firuzə market?də və Vaqif Hüseynova məxsus mağazada, Ə.Cavad küçəsi, 22/120 ünvanında yerləşən ?Şəki market?də, R.Behbudov və Xəqani küçələrinin kəsişməsində Ağasəlim Ağaəli oğluna məxsus mağazada, Nərimanov rayonunda Ə.Rəcəbli küçəsi, ev 26 ünvanında Dövlətxan Sarıyevə məxsus mağazada, F.X.Xoyski prospektində yerləşən ?Təzə market?də və Kamil Hüseynova məxsus mağazada, Ə.Əbdülrəhimov küçəsi, 120, bina 126 ünvanında yerləşən ?Aysu market?də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Sumqayıt şəhərində 2-ci mikrorayon, Sülh küçəsində İsa Cabbarova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb. Gəncə şəhərində İsrafilbəyov küçəsində Ceyhun Qəhrəmanova məxsus mağazada, Mingəçevir şəhərində Təbriz küçəsi, 23 ünvanında yerləşən ?Uğur market?də, Puşkin küçəsində yerəşən ?Sahibkar? mağazasında isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib. Ümumilikdə, monitorinqlər zamanı 230 kq-dan çox ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA