Azərbaycan bəzi avtomobillərin idxalını dayandırır

img

25-04-2012 [03:59]


Azərbaycanda oktyabrın 1-dən "VAZ 2114" və "V?Z 2115" avtomobillərinin idxalı qadağan olunacaq. Çünki onlar ABS antibloklama sistemi və təhlükəsizlik yastıqlarına malik deyillər. Bu barədə jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib. "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırılması qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, bu ilin may ayının 1-dən etibarən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək. "Bu proses mərhələli şəkildə gedəcək. Azərbaycan "VAZ 2107" avtomobillərinin idxalını may ayından, "VAZ 2114" və "V?Z 2115" avtomobillərinin idxalını isə oktyabrın 1-dən dayandıracaq. Bu markadan olan avtomobillərin şəkli dəyişdirilsə və bizim standartlara uyğun gələrsə, idxal mümkün olacaq", - Əliyev deyib. Onun sözlərinə görə, Rusiya tərəfi artıq yeni qaydalar haqqında məlumatlandırılıb. Bundan əvvəl Azərbaycanda Avro-2 tullantı standartlarına uyğun gəlməyən avtomobillərin idxalına qadağa qoyulmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA