MTN Mərkəzi Bank sədrinin ifadəsini alıb

img

10-04-2012 [11:02]


Ölkədə bir neçə orta səviyyəli bankların simasında qalmaqallar yaşanır. Yerləşdiyimiz çoğrafiyada yaşanan təlatümlü hadisələr, xüsusiylə İranla bağlı tətbiq olunmuş sanksiyalar diqqəti Azərbaycan banklarına yönəldib. Elə ?Royalbank?, ?Texnikabank? və digər bir neçə bankda baş verən həbslərin kökündə də, əslində, təkcə maliyyə qaçaqmalçılığı deyil, siyasi məqamların durduğu deyilir. Bütün bunlara nəzarəti həyata keçirən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun da məhz bu kimi bank qalmaqalları səbəbindən siyasi hakimiyyətin təpkisi ilə üzləşdiyi gizlədilmir. O, bank sistemini idarə edə bilməməkdə, çirkli pulların yuyulmasına və eyni zamanda, digər korrupsiya ittihamlarında təqsirli hesab olunur. Lakin ?Reytinq?i bilgiləndirən bank sektorundakı etibarlı mənbə Elman Rüstəmovun ?Texnikabank?ın timsalında baş verən həbslər dalğasından çətinliklə xilas olduğunu deyir: ?Bəli, mətbuatda onu əsasən ?Zamin Bank?, ?Royal Bank? və digər bankların xətti ilə Bakıdan çirkli pulların Rusiya və digər ölkələrə daşınmasında, həmçinin ?Texnikabank?da aparılan gizli əməliyyatları məqsədli şəkildə ört-basdır etməkdə suçlayırlar. Düzdür, bu faktlara görə Mərkəzi Bankın rəhbəri çox çət?n vəziyyətlərdə qalıb. Hətta mənim bildiyimə görə, Milli Təhlükəsizlik Nazirliyinin bu yaxınlarda ?Texnikabank?da start verdiyi əməliyyatlar çərçivəsində Elman Rüstəmovun da qeyri-rəsmi ifadələri alınıb. Lakin o, dərhal siyasi hakimiyyəti çıxaraq real vəziyyəti nəql edib və ?Texnikabank?ın müşahi?ə şurasının rəhbəri və bankın 15 faizlik rəsmi pay sahibi Etibar Əliyevin əməllərindən xəbərsiz olduğunu isbatlaya bilib. Bildiyimə görə də, bundan sonra onu rahat buraxıblar?. Müsahibimiz ?Texnikabank?ın müşahidə şurasının sədri Etibar Əliyevin və bankın əksər filiallarında keçirilən əməliyyatların səbəblərinə də toxunub: ?Bank sektorunda bununla bağlı bir neçə versiya var. Əsasən onun ABŞ və Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiyalara məhəl qoymayıb, müxtəlif adlar altında iri məbləğli gizli pul köçürmələrində, həmçinin, vəhab?ilərlə əlaqəli qurumların pullarının yuyulmasında, eyni zamanda, siyasi hakimiyyətdən xəbərsiz Orta Asiya ölkələrində böyük layihələrə qoşulması və sair arzuolunmaz proseslərdə ittiham olunur. Onun həbsinin MTN tərəfindən həyata keçirilməsi də göstərir ki, proses təkcə maliyyə ilə bağlı deyil. Ortada dövlətin maraqlarını təhdid edəcək faktlar var. Elə buna görə də əməliyyatı MTN keçirib və detalları ilə bağlı ictimaiyyətə açıqlamalar verilmir. Sadəcə MTN-dəki bəzi qruplar siyasi hakimiyyətə yarınmaq üçün bankın Yasamal filialında işləyən AXCP sədri Əli Kərimlinin qaynını həbs etməklə, uğurlu əməliyyatın istiqamətini dəyişdilər. Ola bilər ki, ortada elə məqamlar olub ki, bu istiqaməti dəyişmək və Azərbaycan dövlətinə ?Tenikabank?la bağlı göstərilən təzyiqləri pərdələmək üçün Elnur Seyidovu həbs ediblər. Amma bank sekt?runda işləyənlər gözəl bilirlər ki, filial müdirinin müavini iri ?məliyyatlar aparmaq və ya onu yuxarıların razılığı olmadan həyata keçirmək gücü və imkanı xaricindədir?. Etibar Əliyevin həbsindən sonra ?Texnikabank?ın İdarə Heyətinin sədri Samir Hüseynovun Beynəlxalq Bankın sədr müavini Rövşən İsmayılovla əvəzlənməsinə gəldikdə isə, müsahibimiz ?Əgər Etibar Əliyev hələ də həbsdədirsə, bu, necə gerçəkləşə bilər? Çünki mövcüd qanun və bankın Nizamnaməsinə görə, Rövşən İsmayılov əvvəlcə bankda idarə heyətinə üzv olmalıdır. Bunu isə Müşahidə Şurasının sədri kimi Etibar Əliyev həyata keçirə bilər. Çünki İdarə Heyətinin üzvlərini təyin və azad etmək, vəzifədən kənarlaşdırmaq və onları müvəqqəti olaraq başqa şəxslərlə əvəz etmək və sair kimi səlahiyyət birbaşa onun nəzarətindədir. Bütün bunları isə bir-iki günün içində, özü də tələm-tələsik etmək, ortaya yeni söhbətlərin çıxmasına səbəb ola bilər. İkincisi isə Samir Hüseynov hələ Rövşən İsmayılov hələ müəyyən müddət üçün lazımdır. Ən azı bankın ?özəlləyi?ni öyrənmək üçün onun imkanlarından yararlanacaqlarını düşünürəm. Ondan sonra Samir Hüseynovun yola salacaqlar. Onsuz da bu qədər səs-küydən sonra onu vəzifəsinə saxlamaq mümkün deyil. Hətta ola bilər ki, yaxınlarda onu da istintaqa cəlb etsinlər. Bilirsiniz ki, o, mərhum Heydər Əliyevin o vaxtlar məşhur olan tərcüməçisi Rauf Hüseynovun doğma qardaşıdır. Hansı ki, sonradan Rauf Hüseynovun xaricə gedib orada Rəsul Quliyevlə, eyni zamanda Rza İbadovla isti münasibətlər qurduğu da deyilirdi. Hakimiyyətdəki bəzi qüvvələr bu məqamı Samir Hüseynova qarşı qabartsalar, onun vəziyyəti Etibar Əliyevinkindən də ağır olacaq?, - deyə, bildirib. Müsahibimiz sonda onu da bildirib ki, Etibar Əliyevin həbsindən sonra ?Texnikabank?da böyük gərginlik yaranıb: ?Artıq bankın sıravi əməkdaşları da kəskin psixoloji vəziyyətlə üzləşiblər. Bütün filiallarda pul qəbulu və ya ödənişi üçün istifadə olunan möhürlər də xəzinədarlıq şöbələrindən alınıb. İndi kredit və ya digər ödənişləri həyata keçirmək üçün qəbzi xəzinadarlıq şöbəsinin əmək?aşı alıb, arxa otağa keçir, orada möhürlədib gətirir. Yəni ən xırda işlər də bu bank da nəzarət altında həyata keçirilir. Bu isə bir ay əvvələ qədər ?qaynayan? bir bankdakı mövcud durumu göstərir. Artıq çoxları Etibar Əliyevin artıq bu bankla vidalaşdırılacağından da əminliklə danışırlar. Şübhəsiz ki, bu da işçilərin gündəlik iş ah?nginin pozulmasına rəvac verir. Baxmayaraq ki, bank rəsmi şə?ildə hər şeyin qaydasında olduğunu deyir, amma istənilən filiala ən adi bir iş üçün (məsələn, hesab açdırmaq) getsəniz, özünüz də oradakı gərginliyi görəcəksiniz?. Məsələ ilə bağlı yazıda adları çəkilən bütün tərəfləri dinləməyə hazırıq. ?Reytinq? qəzeti, 08 aprel 2012 #601; ed#601; a#305;nlarda onu da istintaqa c

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA