ADP əmanətlərin ədalətli kompensasiyasi üçün yeni yol göstərdi

img

02-04-2012 [10:13]


Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən son mühüm siyasi hadisələrlə əlaqədar fikir mübadiləsi aparılıb və partiyanın mövqeyi müəyyənləşdirlib. İlk növbədə Qırğızıstan prezidenti Almazbek Atambayevin Bakıya rəsmi səfərinə diqqət çəkən İdarə Heyəti bu səfəri demokratik quruculuq istiqamətində inamla irəliləyən qardaş ölkə ilə əlaqələrin inkişafına mühüm tövhə kimi qiymətləndirib, və Orta Asiyanın digər müsəlman dövlətləri ilə də münasibətlərin intensiv inkaşaf etdirilməsinin vacibliyini bir daha qeyd edib. Azərbaycanın erməni işğalı altındakı ərazisi olan Dağlıq Qarabağda ermənilərin qeyri qanuni prezident seçkilərinin keçirilməsinə hazırlaşmasına toxunan İdarə Heyəti üzvləri Azərbaycan hakimiyyətini bu seçkilərin qarşısını almağa yönələn bütün addımları atmağa çağırıb. Sovet dövründəki bank əmanətlərinin qaytarılması ilə əlaqədar yaranmış vəziyyəti müzakirə edən İdarə Heyəti əhalinin aldadıldığını, həyata keçirilməsi planlaşdırılan prosesin əmanətlərin qaytarılması anlamı vermədiyini qeyd edib və hakimiyyəti əhalinin bank əmanətlərinin ədalətli kompensasiyası məqsədilə əlavə tədbirlər görməyə, o cümlədən SSRİ-nin qanuni varisi kimi Rusiya Federasiyasından Azərbaycanın bu birliyin üzvü olduğu vaxtlarda mərkəzi banklara qoyulan vəsaitləri tələb etməyə çağırıb. Qubada həbslərin davam etdirilməsinə, Masallıda bir qrup ziyalının icra hakimiyyəti başçısının qanunsuz əməllərinə etiraz olaraq aclıq aksiyası keçirməsinə, eləcə də yerli məmurların qanuna zidd əməlləri ilə əlaqədar regionlardan gələn digər çox saylı məlumatlara diqqət yönəldən İdarə Heyəti bu prosesi Azərbaycanda hakimiyyət idarəetməsinin iflası kimi dəyərləndirib. İdarə Heyəti həmçinin Avroviziya mahnı yarışması ilə əlaqədar təhlükəsizliyin təmin olunması haqqında yayılan informasiyaların narahatlıq doğurduğunu, bu məsələdə diqqətlə davranmağın vacibliyini, o cümlədən qardaş Türkiyə Cümhuriyyətinin müvafiq qurumlarından dövlət səviyyəsində yardım istəməyin ən düzgün yol olduğunu qeyd edib. Kəlbəcərin işğalından on doqquz il keçməsini təəssüflə qeyd edən İdarə Heyəti şəhidlərin ruhunu yad edib, ərazilərimizin azad edilməsi üçün hələ də effektiv siyasətin həyata keçirilmədiyini bir daha vurğulayıb və Kəlbəcərin, Laçının və Dağlıq Qarabağın işğaldan azad olunmasının əngəllənməsinə səbəb olan digər beş rayonumuzun düşmənə təslim edilməsinə məsuliyyət daşıyanların tapılıb cəzalandırılması üçün obyektiv istintaqın aparılmasının vacibliyini bir daha diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA