3 təhsil müəssisəsi akkreditasiyadan keçirilib

img

27-03-2012 [12:55]


Təhsil Nazirliyində Akkreditasiya komissiyası bir ali məktəb və iki kollecin akkreditasiyadan keçirib. Təhsil Nazirliyindən verilən məlumata görə, komissiya Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Gəncə Humanitar Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecini akkreditasiyadan keçirib. Akkreditasiya komissiyası hər üç təhsil müəssisəsinin müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə cavab verdiyi nəzərə alınaraq, onların fəaliyyəti "kafi" qiymətləndirilib və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib. Qeyd edək ki, təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır. Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.#231;

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA