Səbail rayonunda Novruz Bayramı ilə əlaqədar imkansız ailələrə yardımlar təqdim olunub

img

17-03-2012 [02:05]


Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı Azərbayjanda çox böyük təmtəraqla keçirilir. Səbail rayonunda Novruz Bayramın geniş keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmış və onun ijrası müvəffəqiyyətlə həyata keçirilir. Bayram ərəfəsində keçirilən tədbirlərlə yanaşı rayonda yaşayan aztəminatlı ailələr də yadan çıxmamış, rayon İjra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayonundakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztminatlı ailələr üçün ərzaq bağlamaları təşkil olunmuşdur. Rayonda keçirilən tədbirlərdən biri Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ijtimai birliyinin Səbail rayon şöbəsində təşkil olunmuş mərasim olmuşdur. Mərasimdə Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbayjan Vətən Müharibəsi Veteranları İjtimai Birliyi Səbail rayon Təşkilatının, rayonun Qızıl Aypara, Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar jəmiyyəti, Azərbayjandakı Rus İjmasının və ?Sodrucestvo? jəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, yataq xəstələrinə xidmət göstərən sosial xidmət işçiləri, rayon bələdiyyələrinin nümayəndələri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələri iştirak etmişlər. Bayram tədbirndə iştirakçıları Səbail rayon İjra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev salamlayaraq onları sevimli Novruz Bayramı münasibəsi ilə təbrik etmiş, bu günlərdə ehtiyajı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulamışdır. O, bayramla bağlı rayonda görülən işlər barədə məlumat verərək bildirilmişdir ki, iki gün əvvəl rayon rəhbərliyi və ijtimaiyyətin nümayəndələri jəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağı olmuş, onların bayramlarını təbrik edərək özləri ilə apardıqları bayram hədiyylərini təqdim etmiş, böyük konsert proqramı təşkil etmişlər. Əziz bayram ərəfəsində isə rayon İjra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, təşkilat, müəssisə, bir sıra iş adamlarının, bələdəiyyələrin vəsaiti hesabına alınaraq təşkil olunmuş ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyajı olan ailələrə ? şəhid, əlil, ərazidə yerləşən 27 yataqxanada kompakt məskunlaşmış məjburi köçkün ailələrinə, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvlərinə - ümumilikdə 3000-dən çox ailəyə təqdim olunmuşdur. Tədbirdə çıxış edən ijtimai birliklərin, Veteran və Ağsaqqallar Şuralarının rəhbərləri, məjburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı jənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Novruz Bayramı münasibəti ilə rayonun Badamdar və Bibiheybət qəsəbələrində qəsəbə Mədəniyyət evləri və tanınmış injəsənət xadimlərinin iştirakı ilə sakinlər üçün əylənjəli bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA