Azərbaycan Beynəlxalq Bankı daha bir elektron ofis açıb

img

12-03-2012 [02:41]


Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərə xidmətin keyfiyyət və səviyyəsinin artırılması məqsədi ilə daha bir özünəxidmət elektron ofis açıb. Ofis 24 saat fəaliyyət göstərir. Bu barədə bankın məlumatında deyilir. ?ABB müştərilərinin rahatlığı və onların bank xidmətlərindən istifadəsini sadələşdirmək üçün Bakıda 24 saat fəaliyyət göstərən ikinci özünəxidmət elektron ofis açıb?,- deyə məlumatda bildirilir. Yeni ofis İnşaatçılar prospekti, 499-cu məhəllə ünvanında yerləşir. Ofis məlumat köşkü və iki Cash-in bankomatla təchiz edilib. Gələcəkdə bankomatların sayı beşə çatdırılacaq. Ofisdə hesabların ödənilməsi və artırılması, hesab haqqında çıxarışın alınması, kreditlərin ödənilməsi, bir hesabdan digərinə köçürmələrin həyata keçirilməsi və digər bank əməliyyatlarının aparılmasına imkan verən hər cür əlverişli şərait var?, - deyə məlumatda qeyd edilir. ABB tezliklə Bakının Xətai rayonu ərazisində daha bir özünəxidmət elektron ofis açmağı planlaşdırır. ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% pay dövlətə, 49,8% - özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA