"Təqaüdlərin artırılmasına yenidən baxıla bilər"

img

08-03-2012 [03:40]


Azərbaycanda pensiyaların artırılması prosesi yanvar ayının brindən pensiyaların sığorta hissəsinin indeksasiyası həyata keçirilir və hazırda bu prosses başa çatdırlıb. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSM) sədri Səlim Müslimov bildirib. Onun sözlərinə görə, Fond bütün sığorta hissəsinin artımı ilə birlikdə baza yanvar-fevral ayları üçün pensiyların ödənilməsini təmin edib. S.Müslimov ötən il istehlak qiymətlərinin 7,9 faizlik indeksinin qeydə alındığını söyləyib: ?Həmin göstəricinin əmək pensiyalarına təsirini aradan qaldırmaq məqsədi ilə ölkə üzrə təqaüd alan vətəndaşların 92,2 faizinə bu artım şamil olunur?. Təqaüdlərin artırılmasına gəlincə, DSMF-ın sədri deyib ki, hazırda sosial sığorta haqqlarının proqnoza uyğun təmin etməyə çalışırıq. Yalnız həmin vəsaitlərin daxil olması artıqlaması ilə təmin olunarsa, o zaman bu barədə əlavə olaraq məsələ baxıla bilər?. Xatırladaq ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2011-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA