Rusiya avtomobillərinin idxalı qadağan edilir

img

29-02-2012 [04:33]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi ?Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası? ?AZS 635-2012? dövlət standartının tələblərinə əsasən mayın 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal edilən avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Dövlət Komitəsindən verilən məlumata görə, bu tələblərə cavab verməyən avtomobillərin Azərbaycana idxalına və Azərbaycanda istehsalına icazə verilməyəcək. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, bu qərar Azərbaycanda Avro standartlara keçidlə bağlıdır: ?Avro standartlar yalnız avtomobillərin matoru və benzinlə bağlı standartlar deyil. Bu standartlara nəqliyyat sisteminə aid standartların tətbiqi də daxildir.Hansıki bunlar ekoloji, təhlükəsizlik standarlarıdır?. V.Bayramovun fikrincə, ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalının qadağası müsbət addım olsa da standartların tətdiqi maşın bazarında dəyişikliklərə gətirib çıxaracaq: ?Nəzərə alsaq ki, Rusiyada istehsal edilən az sayda avtomobildə ABS əyləc sistemi və təhlükəsizlik yastığı var. O baxımdan Rusiya istehsalı olan əksər avtomobillər, eləcə də Azərbaycanda kifayət qədər məşhur olan VAZ 2107, və VAZ 2106 maşınlarının ölkəyə gətirilməsi qadağan ediləcək. Nəticədə Rusiya istehsallı maşınlarla bağlı bazarda qıtlıq yaranacaq. Hansıki, Rusiya avtomobillərinə tələbat azalmayıb?. Məlum olur ki, standartların tətbiqi bazarda Rusiya istehsalı olan avtomobillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq: ?Bahalaşma Qərb ölkələrindən gətirilən maşınların qiymətinə təsir göstərməyəcək. Çünki, analoji sistem Avopa və Qərbdə 80-ci illərin əvvəlindən tətbiq edilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA