Parabank-ın ?Şəmkir? filialı 3 illiyini qeyd etdi

img

21-02-2012 [01:19]


20 Fevral tarixində Parabankın Şəmkir rayonunda yerləşən ?Şəmkir? filialı 3 yaşını qeyd etdi. ?Şəmkir? filialı 2009-ci ildən fəaliyyət göstərir və bu müddət ərzində müştərilərinə bütün bank xidmətlərini yüksək səviyyədə təqdim edərək böyük nəticələrə nail olmuşdur və fəaliyyətinin növbəti dövrünə yeni hədəflərlə addımlayır. ?Şəmkir? filialının 3 illik fəaliyyəti kifayət qədər uğurlu olub. Bu 3 il ərzində bir çox anlar yaşamışıq və hədəflərimizə nail olaraq irəliyə doğru addımlayırıq." ? deyə filial müdiri Seymur Əliyev geyd etdi. ?Şəmkir? filialı əlverişsiz mövqedə yerləşməsinə baxmayaraq müvəffəqiyyətlə bütün növ bank xidmətlərini əhaliyə təqdim edir. Xatırladaq ki, Parabank-ın?Şəmkir? filialı Şəmkir rayonu, Şəmkir şəhər, S. Vurğun 179 ünvanında müştərilərə xidmət göstərir. Parabank-ın təqdim etdiyi məhsullar haqqında daha ətraflı məlumatı Parabankın Facebook səhifəsində və ya bankın Məlumat Mərkəzi 139 nömrəsinə zəng vuraraq əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA