Hökumət qazdan və elektrik enerjisindən istifadə qaydalarına dəyiziklik etdi

img

20-02-2012 [09:15]


Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, yazılı bildiriş olmadan fiziki şəxslərə qaz, istilik və elektrik enerjisi verilişinin dayandırılması qadağan edilir. Bu barədə hökumətin rəsmi saytında yerləşdirilən qərarında deyilir. Qərar imzalandığı gündən - cari ilin fevral ayının 17-dən qüvvəyə minir. Qərar 2011-ci il mayın 15-də təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"na və 2005-ci il fevralın 2-də təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"na dəyişikliklərin edilməsini nəzərdə tutur. Dəyişikliklərə əsasən, həmçinin sənaye qaz qurğusundan istifadə edən istehlakçıya yazılı bildiriş verilmədən qazın verilişi, istehsalat müəssisələri, dəmir yolu nəqliyyatı, şəhər nəqliyyatına elektrik enerjisinin verilişinin dayandırılması qadağan edilib. Bununla əlaqədar olaraq, operatorlar və istehlakçılar arasında müqavilələrə qanunsuz qaz, elektrik xətlərinin kəsilməsini və yazılı bildiriş olmadan qazın və elektrik enerjisinin dayandırılmasını qadağan edən müvafiq bənd daxil ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA