Qanunsuz balıq ovlayanlara 38 419 manat cərimə

img

15-02-2012 [01:07]


Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən qanunsuz balıq ovu ilə bağlı 73 pozuntu aşkar olunub, 19 akt və 54 protokol tərtib edilib, 54 nəfər məsuliyyətə cəlb olunub. ETSN-nin Mətbuat xidmətindən verilən məlumata görə, qanun pozucularından 8 ədəd qayıq, 70 ədəd tor, 740 müxtəlif növ balıq götürülüb, 3 iş Respublikanın rayon məhkəmələrinə, 22 iş hüquq mühafizə orqanlarına göndərilib, 29 işə inzibati qaydada Departament tərəfindən baxılıb. Bioloji resurslara vurulmuş ziyanla bağlı ümumilikdə 38 419 manat məbləğində iddia tətbiq edilib. Ötən ildə Departamentin nəzdində müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələrinin artırılmasını təmin edən müəssisələr tərəfindən 335,02 milyon ədəd balıq körpələri (nərəcinsli balıqlar 3,41 milyon ədəd, qızılbalıq 171,6 min ədəd, çəkikimilər 326,84 milyon ədəd, (ağ amur) bitki ilə qidalanan 4,6 milyon ədəd) süni və təbii yolla artırılıb təbii su hövzələrinə buraxılıb. 2011-ci ildə Departament tərəfindən ?Balıqçılıq haqqında? Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq 22 hüquqi və 119 nəfər fiziki şəxsə balıq ehtiyatlardan istifadə etmək üçün icazə verilib. Bu müddətdə sənaye ovu üçün kilkə, siyənək və axçalı balıq növlərinin ovlanmasına müvafiq kvotalar ayrılıb, nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi və elmi-tədqiqat məqsədləri üçün nərəcinsli balıq növlərinin ovlanmasına icazə verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA