Qar Azərbaycanı 240 milyon manat zərərə saldı

img

10-02-2012 [04:45]


Ölkədə müşahidə edilən qarlı hava real sektorda istehsalın 20 faiz aşağı düşməsinə səbəb olub. Dövriyyə daha çox xidmət və turizm sektorunda azalıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) ekspertləri hesab edir ki, 2012-ci ilin soyuq qışı ölkə üçün təkcə kommunal və digər proqblemlərlə yadda qalmadı. Qarlı hava iqtisadiyyata da ciddi zərər vurur. Mütəxəssislərin hesablamalarına görə, real sektorda müşahidə edilən 20 faizlik geriləmə Azərbaycan iqtisadiyyatının gündəlik 24 milyon manatlıq itki ilə üzləşməzinə səbəb olub: ?Nəzərə alsaq ki, ölkədə gün ərzində 120 milyon manatlıq ümumi daxili məhsul istehsal edilir. Real sektorda müşahidə edilən 20 faizlik geriləmə Azərbaycan iqtisadiyyatı üçün gündəlik 24 milyon manatlıq itkinin yaranmasına gətirib çıxarıb. Qarlı hava şəraiti artıq 10 gündən çoxdur davam edir. Bu müddət ərzində idə Azərbaycan iqtisadiyyatı üçün potensial itki 240 milyon manat təşkil edib?-deyə İqtisadi və Sosial İnkişaf Mərkəzindən bildirilib . Hava şəraitinin ixrac-idxal əməliyyatlarına da mənfi təsir göstərdiyini diqqətə çatdıran İSİM ekspertləri qonşu ölkələrə məhsulların göndərilməsi və ya gətirilməsində çətinliklər yaşandığını söyləyirlər: ?Bir sıra məhsullarla bağlı qıtlıq var. Mavi qaz ixracatında da problemlər olduğu bildirilir. Eləcə də komunal xidmətlərin göstərilməsi istiqamətində sistemlərdə yaranan yükləmələr avadanlıqların sıradan çıxmasına, əlavə xərclərin yaranmasına gətirib çıxarıb. Ölkəyə gələn turistlərin sayının azalması isə xidmət sektoruna yönələn vəsaitlərin həcmini azaldıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA