?Bank of Baku? kreditlər üzrə faiz dərəcəsini azaldıb

img

08-02-2012 [02:31]


Azərbaycanın ?Bank of Baku? ASC təsis edilməyinin 18-ci ildönümü münasibətilə istehlak və pul kreditlərinin faiz dərəcələrində endirim elan edib. Bankın baş ofisindən verilən məlumata görə, fevralın 29-dək davam edəcək kampaniya çərçivəsində bankın müştəriləri üçün istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 2%-lik endirim ediləcək. Bundan başqa, ?Bank of Baku?nun fevralın 14-nə təsadüf edən ad günündə hər 18-ci müştəri üçün bu endirimin dərəcəsi iki qat artırılaraq ümumilikdə 4% təşkil edəcək. Kreditin (avtomobil, ipoteka, əmanət və VİP kreditlər kampaniyaya şamil edilmir) maksimal məbləği 5000 manatdır. Güzəştli kreditin məbləği 4000 manat, müddəti isə 24 ay olacağı halda, aylıq ödəniləcək məbləğ yeni müştərilər üçün 224 manat, müsbət kredit tarixçəsinə malik olan təkrar müştərilər üçün isə cəmi 216 manat təşkil edəcək. Qeyd edək ki, ?Bank of Baku? ASC 1994-cü ilin fevralın 14-dən fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA