"Əlillərin sosial müdafiəsi ilə bağlı qanunvericiliyə dəyiziklik lazım deyil"

img

01-02-2012 [12:02]


Hazırda Azərbaycanda ?Əlillərin sosial müdafiəsi haqqında? qanun layihəsinin monitorinqi aparılır və yaxın zamanlarda monitorinqin nəticələri açıqlanacaq. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. M.Quliyev qeyd edib ki, monitorinq bu qanunun hansı müddəalarının işlədiyini, əlillərlə bağlı Konvensiyaya uyğunluğunu öyrənmək məqsədilə aparılır. ?Monitorinqin yekununda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, müvafiq qanuna bəzi müddəaların əlavə edilməsi, bəzi müddəaların işlək mexanizminin yaradılması üçün təkliflər hazırlanacaq? - deyə komitə sədrinin müavini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda əlillər, onların sosial müdafiəsi ilə bağlı qanunvericilik kifayət qədər dolğundur və bu sahədə yeni bir qanunun qəbuluna ehtiyac yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA