Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini bir qrup vətəndazı qəbul edib

img

31-01-2012 [01:26]


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonundakı yerli strukturlarının fəaliyyəti ilə bağlı ölkə prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombuqsman Aparatına şikayət ərizələri ünvanlamış bir qrup vətəndaşla görüş keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun vətəndaşları qəbulu prosesində nazirliyin müvafiq şöbələrinin mütəxəssisləri də iştirak ediblər. Vətəndaşları tək-tək qəbul edən nazir müavini onların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və sosial müdafiə işinin digər sahələri ilə bağlı şikayətləri ilə tanış olub. N.Məmmədov müraciətlərin obyektiv şəkildə araşdırılması üçün müvafiq strukturlara göstərişlər verib, bəzi əsasız müraciətlərlə bağlı isə şikayətçiyə qanunvericilik haqqında izahatlar verilib. N.Məmmədov deyib ki, bəzən həssas insanlarla münasibətlərdə yol verilən kiçik bir diqqətsizlik vətəndaşlarda narazılıqlar yaradır. Onun sözlərinə görə, strukturlara hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşmaları tapşırılıb. Görüşdə iştirak edən vətəndaşlardan 5-nə mənzil, 1-nə isə avtomobil verilib. Digərlərinin müraciətlərinə əsasən, ünvanlı sosial yardımların, əlillik dərəcələrinin və maddi yardımların edilməsi ilə bağlı göstərişlər verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA