Arzuman Muradlı: ?Davos Forumu ölkəmizə beynəlxalq səviyyədə artan marağın göstəricisidir?

img

27-01-2012 [02:56]


?Azərbaycan prezidenti İlham Əliyevin Davosda keçirilən Ümumdünya İqtisadi Forumuna hər il dəvət olunması ölkəmizə beynəlxalq səviyyədə artan marağın göstəricisidir? - bu fikirləri iqtisad elmləri üzrə fəlsəfə doktoru, ekspert Arzuman Muradlı səsləndirib. Onun sözlərinə görə, dünyada, xüsusilə də Avropada yaşanan iqtisadi maliyyə böhranı çərçivəsində Azərbaycan iqtisadiyyatının davamlı inkişafı bir çox ölkələr üçün nümunə sayıla bilər. Britaniyanın məşhur araşdırma mərkəzinin dünya ölkələrinin iqtisadi inkişafı ilə bağlı proqnozlarında da Azərbaycan çox ümidverici göstəricilərə görə ilk yerlərdən birini tutur. 2050-ci ilə qədər dövrü əhatələyən bu hesabat dünyanın aparıcı ölkələri tərəfindən diqqətlə araşdırılır. A.Muradlı onu da vurğulayıb ki, Davos forumunda Azərbaycan prezidenti ilə görüşməyə can atan tanınmış iqtisadçılar, şirkət rəhbərlərinin siyahısı bir daha Azərbaycanın Avropanın enerji təhlükəsizliyi, Cənubi Qafqazın iqtisvdi inkişafında lokomativ rolunu oynadığını təsdiqləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA