"Parabank"ın müztərilərin sayı 32 000 keçdi

img

27-01-2012 [11:36]


Parabank daimi inkişaf etmək strateqiyası ilə fəaliyyət göstərir. Azərbaycanın maliyyə bazarının bank sektorunda özünə məxsus yer tutmaq hər bir sahədə ən yüksək keyfiyyətlə yönəlmiş gəlirli və effektli biznesində müştərilərinin tələblərini ödəmək, yüksək xidmət göstərməyi qarşına məqsəd qoymuşdur. Əsas dəyərləri müştərilərinin etimadını, etibarını qorumaqla yüksək reputasiya saxlamaqdır. Nəticə etibarı ilə 2011-ci il Parabank üçün səmərəli il olmuşdur. Bank müştəri bazasını genişləndirməsini davam etmişdir. Ötən il ərzində müştərilərinin sayı artaraq 32 mindən artıq olmuşdur. Parabank 1991-ci il Dekabrın 3-də yaranmışdır və bu günə qədər Azərbaycan bank sektorunda öz stabilliyi və daimi inkişaf etməsi ilə seçilmişdir. Parabank həm fərdi həm də korporativ müştərilər üçün kreditlər, depozitlər, pul köçürmələri, xəzinədarlıq xidmətləri, nəğd hesablaşmalar, kommunal ödənişlər, ATM və POS Terminal və digər növ xidmətlər təklif edir. Qeyd etmək istərdik ki, bankın 139 nömrəsinə zəng vurmaqla evinizi və ya iş yerinizi tərk etmədən plastik kartın əldə edilməsini, kreditin, əmanətin və istiqrazların sifarişini telefon vasitəsilə sifariş edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA